Mingəçevirdə 19 saylı məktəbdə “açıq dərs” keçirilib - FOTOLAR


Mingəçevir şəhər 19 saylı tam orta məktəbdə “açıq dərs”lər təşkil edilib.
Yeniavaz.com
xəbər verir ki, dərslər  V-XI siniflərdə fənlər bloku (humanitar, texniki, təbiət və əlavə fənlər bloku) üzrə təşkil edilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Raidə Ömərova tərəfindən X- humanitar riyaziyyat və iqtisadiyyat təmayyüllü sinifində təşkil olunan dərsin mövzusu "Nizami Gəncəvinin həyat və yaradıcılığı” olub. Mövzu Nizami Gəncəvinin  880 illiyinə həsr olunub.
Təşkil olunmuş dərsdə əvvəlcə sinif qruplara bölünüb. Daha sonra şairin yaşadığı dövr, aldığı təlim-tərbiyənin özəllikləri, yaradıcılığında diqqət çəkən mövzular qruplar tərəfindən araşdırılıb.  Açıq dərsdə müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadəsi, eləcə də dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakı müşahidə olunub. Dərs prosesində fərqlənən şagirdlər "təşəkkürnamə" ilə mükafatlandırılıb.
"Açıq dərs"də məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva ilə yanaşı fənn müəllimləri də müşahidəçi qismində iştirak ediblər.
Qeyd edək ki, “açıq dərs”lərin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, şagirdlərin tədqiqatçılıq bacarığının üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində qabaqcıl təcrübəni formalaşdırmaqdan ibarətdir. Təcrübə mübadiləsi, fənnlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.





Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top