Pul nişanına qarşı hörmətsizlik edən şəxs üzr istədi


"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb"
Yeniavaz.com
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu deyib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzrxahlıq edib".

DİGƏR XƏBƏRLƏR

Top