Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxslər tərəfindən Tərtərdə məktəbə hücum edilməsi hadisəsinə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, qeyd edilən məlumat əsasında Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
“Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən qeyd edilib.
Xatırladaq ki, hadisə Tərtərin Şıxarx kəndi ərazisində yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb.
Belə ki, naməlum şəxslər tərəfindən məktəbin bir sıra otaqları, avadanlıqlar dağıdılıb.
***14:05
Tərtərdə naməlum şəxslər məktəbə hücum edib.
Yeniavaz.com "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.
Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbin direktoru Tofiq Hacıyev açıqlamasında bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.
Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.
Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.