İş adamının qohumu məhkəmədə tanınmış jurnalistə hücum etdi - FOTO


Novxanıda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəmə prosesini işıqlandırmaq üçün məhkəmə binasında olan "Yeni Müsavat"ın əməkdaşı, tanınmış jurnalist İlkin Muradov hücuma məruz qalıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun özü sosial şəbəkələrd vasitəsilə məlumat verib. Onun sözlərinə görə, Elşad Kəlbəlıyevin qohumu olan Nicat Məmmədov adlı şəxs məhkəmə zalında ondan kim olduğunu soruşub, əməkdaşımız ona izahat verməyə borclu olmadığını deyib və əvəzində həmin şəxsin təhqirləri ilə üzləşib.
Daha sonra müttəhimin qohumu elə məhkəmə binasındaca jurnalistə fiziki təzyiq göstərmək istəyib. "O, məhkəmə koridorunda yumruq atdı və cavabını aldı. Sonra əlbəyaxa dava məhkəmə binasının önündə davam etdi. 25 dəqiqədir "102"-yə məlumat vermişəm", - İlkin Muradov qeyd edir.

DİGƏR XƏBƏRLƏR

Top