Mediada ekstrasenslərin təbliği qadağan olunur


Azərbaycanda mediada ekstrasenslərin təbliği qadağan olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Media haqqında hazırlanan qanunda müddəa öz əksini tapıb.
Yeni qanun layihəsinə görə, mediada parapsixologiya, ekstrasens, medium, mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir.
Bundan başqa informasiyalarda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir.

DİGƏR XƏBƏRLƏR

Top