DSMF “Kapital Bank” və ABB-yə 22 milyon manat ödəyəcək


Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibləri “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC olub.
Tender müsabiqəsində qalib olan hər iki bank  DSMF-nin Aparatında və struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin və struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə bank xidmətlərini göstərəcəklər. 
Qeyd edək ki, sadalanan bank xidmətləri üçün DSMF “Kapital Bank” ASC-yə  bir il üçün 11 milyon 25 min manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə isə bir il üçün 11 milyon 53 min 500 manat ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top