“Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, Ağdam təmsilçisi 1/16 mərhələdə Avropa Liqasında qruplarını 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq.
Bunlar Çexiyanın “Sparta Praqa”, Niderlandın “PSV”, İngiltərənin “Lester”, Türkiyənin “Fənərbağça”, Fransanın “Marsel”, Danimarkanın “Midtüllann”, Şotlandiyanın “Seltik” və Avstriyanın “Rapid” komandalarıdır.
“Qarabağ” Konfrans Liqasının H qrupunu 11 xalla ikinci yerdə tamamlayaraq pley-off mərhələsinə adlayıb.
Qeyd edək ki, püşkatma dekabrın 13-də keçiriləcək.