Cəbrayılda metal yığanlar həbs edildi - FOTOLAR


Cəbrayıl rayon ərazisində metal yığan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, rayonun Cocuq Mərcanlı kəndi ərazisindəki nəzarət postunda “Shacman” markalı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilib. Nəzarət qaydasına uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən 10 tona yaxın metal qalıqları aşkar edilib.
Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar. Məhkəmənin qərarı ilə Q.Bayramov 10, N.Səfərli 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top