Azərbaycanın qaytardığı 10 hərbi əsirdən 5-ni Ermənistan həbs etdi


Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycandan qayıdan 10 məhbusdan beşini saxlayıb. 
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan”-a İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.
“Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”, - deyə Tadevosyan bildirib.
Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib. 
Qeyd edək ki, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top