Ermənistanın təxribatı nəticəsində Kəlbəcərdə şəhid olan hərbçi dəfn edildi - FOTO - YENİLƏNİB

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu dəfn olunub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, şəhidinin nəşi Siyəzən rayonuna gətirilib. O, doğulduğu Zarat kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhid A.Əliyevin evin tək oğlu olub və onun hərbi xidməti başa vurmağına 20 gün qalmışdı.

Onun atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, A.Əliyev dekabrın 8-i gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.


***21:42
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Asif Əliyevlə Siyəzəndə vida mərasimi keçirilir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, şəhid əsgər Əliyev Asif Adil oğlunun cənazəsi Siyəzən rayonunun Zarat kəndinə, evlərinə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Evin tək oğlu olan A. Əliyevin hərbi xidmətinin başa çatmasına 20 gün qalmışdı.

Asif Əliyev Vətən müharibəsinin iştirakçısı olub, "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidin atası Adil Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub

DİGƏR XƏBƏRLƏR

Top