Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1315 yeni yoluxma faktı qeydə alınıb, 1850 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 601 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 088 nəfər müalicə olunaraq sağalıb, 8 038 nəfər vəfat edib. 21 902 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 799, bu günə qədər isə ümumilikdə 5 644 853 test icra olunub.

DİGƏR XƏBƏRLƏR

Top