Şəki sakinlərindən odlu silahlar əldə edilib


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın aşkar edilməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Rayonun Oxud kənd sakini İsrafil Abdullayev ərizə ilə müraciət edərək onda müvafiq sənədlər olmayan odlu silahların olduğunu bildirib və 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təqdim edib. Rayonun Kiş kəndi ərazisində isə şübhəli bağlamanın olması barədə polis şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar əraziyə baxış keçirilib və oradan 2 ədəd “İJ” markalı tüfəng aşkarlanaraq görülüb. 
Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Ümumilikdə isə cari il ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində vətəndaşlardan qanunsuz olaraq saxladıqları 3 yivli və 2 yivsiz odlu silah, eləcə də 27 ədəd soyuq silah aşkarlanaraq götürülüb. Hər iki faktla bağlı cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top