Şuşada iki nəfər minaya düşərək ölüb - RƏSMİ


Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, hadisə dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində baş verib:
"Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar".
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Məlumatda deyilir:
“Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən  hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top