Rusiya Türkiyəyə əlavə S-400 partiyası göndərməyi planlaşdırır


“Moskva Türkiyəyə S-400 zenit-raket komplekslərinin əlavə partiyasının tədarükünü planlaşdırır”.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O həmçinin bildirib ki, Türkiyə ilə Rusiya arasında bir sıra razılaşmalar da var. 
Bundan əlavə, Peskov qeyd edib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, Rusiya Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi verməkdə maraqlıdır: “Vaşinqton öz məhdudiyyətləri ilə heç vaxt heç bir ölkəni fikrini dəyişməyə məcbur edə bilməyib”.

DİGƏR XƏBƏRLƏR

Top