
Bu gün Gürcüstanda Tbilisi Şəhər Məhkəməsində keçmiş Prezident Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçmə işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, keçmiş prezident bugünkü məhkəmə prosesində iştirak etməyəcək.
Saakaşvili sosial şəbəkə hesablarında verdiyi məlumatda səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirib.
“Mütləq gəlmək istəməyimin yeganə səbəbi aylardır mənə görə əziyyət çəkən insanları ruhlandırmaq və dəstəkləmək idi”.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 1-də Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı araşdırmalara başlayıb. Məsələ ilə bağlı ilk iclas noyabrın 16-da keçirilib və Saakaşvili prosesdə iştirak etməyib.