Bu polis şöbələrinə yeni təyinatlar oldu - ƏMR


Qazax və Mingəçevir rayon Polis Şöbələrinə yeni təyinatlar olub.
Yeniavaz.com “kriminalqafqaz”a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Polis polkovnik-leytenantı Şakir Rüstəmov Qazax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad edilərək, Mingəçevir şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Göyçay rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Fəxri Aslanov isə vəzifəsindən azad olunaraq Qazax rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top