Bakıda fəhlə iş başında öldü, cinayət işi başlandı


Dekabrın 8-i saat 21 radələrində paytaxtın Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan “AAC” MMC-də  fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimov iş yerində ölüb.

Prokurorluqdan Yeniavaz.com-a verilən məlumata görə, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulmuş quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.
“AAC” MMC şirkəti “gobustone” markası altında məsaməli beton bloklar və əhəng istehsal edir.

DİGƏR XƏBƏRLƏR

Top