Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının müavinləri görüşəcək


“2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Görüşün Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində olacağı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top