
2003-cü il təvəllüdlü çağırışçı əsgər Senik Arturoviç Saakyan ağır güllə yarası alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə dekabrın 8-də saat 23:50 radələrində Ermənistan ordusunun cənub-şərq istiqamətində yerləşən N saylı hərbi hissəsində baş verib.
İlkin məlumatlara görə, Saakyanı əsgər yoldaşı güllələyib. Onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                