Xəzərdə tapılan meyit qalıqları 2015-də itkin düşən şəxsə aiddir - YENİLƏNİB


Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında tapılan kişi meyitinin qalıqları 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərova aiddir.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

***10:06
“Məsələ ilə bağlı Su Nəqliyyatında Polis İdarəsi ilə daim əlaqədəyik”.
Yeniavaz.com
xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib:
“Bizə verilən son məlumata görə, bu qalıqların 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərova aid olduğu ehtimal edilir və buna görə onun oğlu da ekspertizaya cəlb olunub. Lakin ekspertizanın nəticəsi hələ müəyyən olunmayıb”.
Qeyd edək ki, Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.
İnsan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb. 
Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub.

DİGƏR XƏBƏRLƏR

Top