Sülhməramlılar 1900-dən çox hərbçinin cəsədini Ermənistan və Azərbaycana təhvil verib


Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra müharibə zamanı həlak olmuş 1960 hərbçinin cəsədi Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil verilib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandan müavini Rüstəm Muradov məlumat verib. O həmçinin bildirib ki, hər iki tərəfdən ölən hərbçilərin cəsədlərinin axtarış tədbirləri davam etdirilir. Bununla yanaşı, o, 100-dən çox əsgərin də əsirlikdən azad edilərək vətənlərinə qayıtdığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top