Bu gün metroda ölən şəxs BDU-nun baş müəllimi imiş - FOTO + YENİLƏNİB


Bu gün səhər metronun 28 may stansiyasında vəfat edən şəxs - Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi 72 yaşlı Əhməd Babayev imiş.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Azərbaycan universitetləri" səhifəsi məlumat yayıb. Bildirilib ki, o, 1978-ci ildən BDU-da çalışırdı.


***09:12
Bakı metrosunda sərnişin dünyasını dəyişib.
Yeniavaz.om
APA-ya istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə səhər saat 8:10-da baş verib: "Sərnişin qatarda özünü pis hiss edib, "28 may" stansiyasında platformaya düşərkən artıq özündə olmayıb. Dərhal təcili tibbi yardım çağırılıb və hadisə yerinə gələn həkim ölüm faktını təsdiq edib”, - deyə B. Məmmədov qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top