ABŞ bütün dünyada jurnalistləri qorumaq üçün yeni sərmayələr yatıracaq


“ABŞ bütün dünyada müstəqil jurnalistlərin və media qurumlarının qorunmasına kömək etmək üçün yeni maliyyə vəsaiti ayırmağa sadiqdir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken dekabrın 9-10-da keçiriləcək “Demokratiya Sammiti” ərəfəsində bildirib:
“Sammit zamanı biz maliyyə cəhətdən sıxıntılı olan müstəqil medianı dəstəkləmək üçün əhəmiyyətli yeni investisiyalar elan edəcəyik. Bu yaxınlarda fəaliyyətə başlayan İctimai Maraqlı Medianın Dəstəklənməsi Beynəlxalq Fonduna verdiyimiz töhfə bütün dövlətlər arasında ən böyük töhfə olacaqdır.
Qeyd edək ki, dekabrın 9-10-da rəsmi Vaşinqtonun təşəbbüsü ilə dövlət başçılarının, hüquq müdafiəçilərinin və iş adamlarının iştirakı ilə videokonfrans formatında Demokratiya Sammiti keçiriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top