Banqladeşdə universitet tələbəsini öldürən 20 nəfər edam ediləcək


Banqladeşdə 2019-cu ildə sosial şəbəkələrdə hökuməti tənqid edən paylaşımlara görə universitet tələbəsini döyərək öldürən 20 nəfər edam cəzasına məhkum edilib.
Yeniavaz.com
“Anadolu agentliyi”nə istinadla xəbər verir ki, bu barədə Banqladeş hökuməti xəbər yayıb. Verilən məlumata görə, Abrar Fahad adlı universitet tələbəsini döyərək öldürməkdə günahlandırılan qalan 5 nəfərə isə ömürlük həbs cəzası verilib.

Qeyd edək ki, 7 oktyabr 2019-cu il tarixində ikinci kurs tələbəsi Fahad Hindistan və Banqladeş arasında imzalanan sazişə görə hökuməti və baş nazir Şeyx Hasinanı tənqid edən sosial media paylaşımlarından sonra hakim Avami Liqasının Banqladeş Chhatra İttifaqının (BCL) üzvləri olduğu iddia edilən tələbələr tərəfindən döyülərək öldürülmüşdü.

 

DİGƏR XƏBƏRLƏR

Top