Bu şəxslər 12 il sonra kosmosa uçan ilk turistlər oldu


Yaponiyalı milyarder Yusaku Maezava və onun köməkçisi Yozo Hirano 12 ildən sona  Soyuz kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçan ilk turistlər oldular.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, “Soyuz MS-20” kosmik gəmisi artıq orbitə çıxarılıb. BKS ilə görüş dörd orbit sxeminə uyğun olaraq baş tutacaq və təxminən 6 saat 3 dəqiqə çəkəcək. Ekipajın uçuş müddəti isə 12 gün olacaq.

Verilən məlumata görə, “Soyuz MS-20”nin göyərtəsində BKS-nin rus ekipaj üzvləri üçün yeni il hədiyyələri və evdə hazırlanmış yeməklər var. Kosmonavtlara həmçinin qohumları və dostları tərəfindən təbrik yazışmaları, şəxsi hədiyyələr, sevimli musiqi parçaları təqdim olunacaq. Bunlarla yanaşı, göyərtədə BKS-ə biotibbi tədqiqat və təcrübələr üçün materiallar, istehlak materialları, gigiyena vasitələri, qida rasionu və 13 kq təzə meyvə daxil olmaqla, təxminən 162 kq faydalı yükün çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “TASS” agentliyi və “Roskosmos” noyabrın 17-də Beynəlxalq Kosmik Stansiyada agentliyin bürosunun yaradılmasını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalayıblar. Nəticədə TASS-ın orbitdəki ilk müxbiri Rusiya Qəhrəmanı, Roskosmosun kosmonavtı Aleksandr Misurkin də “Soyuz MS-20” kosmik gəmisindədir.  


 

DİGƏR XƏBƏRLƏR

Top