Bayden: "Açıq şəkildə danışdım, Putinə dedim ki, əgər Ukraynanı işğal etsə...”


ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə görüşündən danışıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Bayden danışıqlar zamanı Rusiya lideri Vladimir Putinə xəbərdarlıq etdiyini deyib. O bildirib ki, ABŞ administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi halında Moskvaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəcək:
“Açıq şəkildə danışırdım, Putin də çox nəzakətli idi. Ona dedim ki, əgər o, həqiqətən də Ukraynanı işğal etsə, ciddi nəticələrlə üzləşəcəklər. Onlara sərt sanksiyalar tətbiq edəcəyik. İqtisadi böhranla üzləşəcəklər. Mən ona həmçinin dedim ki, Rusiya da ABŞ-dan intiqam almaq istəyəcək, Putin isə cavabında bütün bunları başa düşdüyünü dedi”.


 

DİGƏR XƏBƏRLƏR

Top