Lavrov Mirzoyanla sərhədlərin delimitasiyası məsələsini müzakirə etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefonla danışıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, danışıq zamanı Lavrov Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərə tez bir zamanda başlamağın vacibliyinə işarə edib. 
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov həmçinin Azərbaycan, Ermənistan və Baş nazir müavinlərinin həmsədrlik etdiyi nəqliyyat və iqtisadi əlaqələrin bloklanması üzrə üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların praktiki müstəviyə çevrilməsinin vacibliyini qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top