Türkiyədə avtomobil qəzasına düşən azərbaycanlı vəfat etdi - FOTO


Azərbaycanlı gənc Türkiyədə ağır qəzaya düşüb.

Bu barədə gəncin yaxınları məlumat yayıb.

Bildirib ki, Naxçıvan MR Şərur rayonunun Dizə kənd sakini Mehdi Əsədzadəni bir neçə gün əvvəl İstanbulda maşın vurub.

Bütün müdaxilələrə rəğmən 26 yaşlı gənc bu gün dünyasını dəyişib.

M.Əsədzadə İstanbulda yaşayıb və orada çalışırmış. O, Türkiyəyə bir müddət əvvəl gedibmiş.

M.Əsədzadənin qardaşı Həsən Əsədzadə Vətən Müharibəsi qazisidir. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top