ABŞ-ın “Time” jurnalının oxucuları tərəfindən ilin adamı Braziliya prezidenti Jair Bolsonaro olub.
Yeniavaz.com xəbər verir ki, doqquz milyon səs arasından seçim edilib.
Jurnal yazır ki, Bolsonaro 24% səs toplayıb.
İkinci yeri 9% səslə ABŞ-ın keçmiş prezidenti Donald Tramp tutub. Oxucuların daha 6,3%-nin səsi ilə üçüncü yeri koronavirusla mübarizə aparan həkimlər tutub.
Qeyd edək ki, oktyabrın sonunda Braziliya Senatının xüsusi komissiyası Ali Məhkəmə və Prokurorluqdan prezidentin koronavirusla bağlı açıqlamalarından sonra araşdırma aparmağı, həmçinin sosial şəbəkələrini bloklamağı xahiş edib.