Müalicə olunduqları ünvanı tərk edən koronavirus xəstələri aşkarlandı - FOTO


Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Ağdam rayon sakini Elbəyi Qarayevin testinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. RPŞ-nin əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilərək müalicə aldığı ünvana geri qaytarılıb. 

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Şərq qəsəbə sakini Qorxmaz Əliyevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Saxlanılan şəxsin polis əməkdaşları tərəfindən müalicə aldığı ünvana qaytarılması təmin edilib.

DİGƏR XƏBƏRLƏR

Top