Bu ölkədə həftəsonunun müddəti artırıldı - Dünyada ilk


Birləşmiş Ərəb Əmirliklərində istirahət günlərinin sayı artırılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 2022-ci il yanvarın 1-dən ölkədə tətbiq olunacaq yeni iş sistemində həftəlik fasilə cümə günü saat 12:00-da başlayacaq. Nəticədə bazar günü də daxil olmaqla insanlar 2.5 gün istirahət edə biləcəklər. 
Qeyd edək ki, bununla da BƏƏ dünyada 4,5 günlük rəsmi iş həftəsi və 2,5 günlük istirahət günü elan edən ilk ölkə olub.

DİGƏR XƏBƏRLƏR

Top