
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan yaxın günlərdə məhkəməyə dəvət olunacaq.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Artsvik Minasyan deyib.
Onun sözlərinə görə, Alen Simonyan 2021-ci ilin avqustunda parlamentin binasında baş vermiş dava-dalaşla bağlı ifadə verəcək.
Qeyd edək ki, 2021-ci il avqustun 24 və 25-də parlamentin binasında deputatlar arasında dava-dalaş düşüb.