Saleh Rüstəmlinin vəziyyəti pisləşib - Xüsusi nəzarətə götürüldü


Həbsdə olan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin vəziyyəti pisləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun oğlu Sezgin Rüstəmov məlumat verib.
O, Saleh Rüstəmlinin xüsusi nəzarətə götürüldüyünü yazıb:
“Atamın vəziyyəti pisləşib, xüsusi nəzarətə götürülüb. Atam sabaha qalsa, artıq xilas oluna bilməyəcək vəziyyətə düşəcək. Aclığa başlayandan bəri 69 kilodan 52 kiloya enib”.
Qeyd edək ki, Saleh Rüstəmli 6 noyabrdan bəri həbsdə aclıq aksikyası edir.

DİGƏR XƏBƏRLƏR

Top