Türkiyə Böyük Millət Məclisində Daxili İşlər Nazirliyinin 2022-ci il üzrə büdcəsi müzakirə edilərkən deputatlar arasında əlbəyaxa dava olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Cümhuriyyət Xalq Partiyasının (CHP) Bursadan olan millət vəkili Erkan Aydının daxili işlər naziri Süleyman Soylunu kürsüdə tənqid etməsi ilə başlayıb. Belə ki, bu zaman Süleyman Soylu Aydın Sezginə “yalançısan” deyib.
Aydın Sezgin isə Soylunun bu sözünü cavabsız qoymayaraq ona “dediklərini olduğu kimi özünə qaytarıram” deyib.
Bundan əlavə, Cümhuriyyət Xalq Partiyasını qrupunun sədr müavini Özgür Özəl və sədr müavini köməkçisi Vəli Ağbaba da Süleyman Soylu ilə mübahisə edib. Daha sonra isə bu mübahisələr yumruq davasına çevrilib.
Qeyd edək ki, iclas davaya görə təxirə salınıb.