İstintaq Bayram Məmmədovun ölümü ilə bağlı qərar verdi


Anadolu Baş Prokurorluğu Məhkəmə Tibb Ekspertizasının rəyinə əsasən, azərbaycanlı fəal Bayram Məmmədovun ölümündə cinayət tərkibinin olmadığına qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Çağdaş Hüquqşünaslar Dərnəyinin (ÇHD) İstanbul şöbəsinin bəyanatında deyilir.
Məhkəmə tibbi ekspertizasının 29 noyabr 2021-ci il tarixli yarılma rəyinə əsasən, Bayram Məmmədov “şübhəli ölüm”lə deyil, suda boğularaq həyatını itirib. Bayram Məmmədovun 2021-ci il mayın 2-də İstanbulun Kadıköyü Moda sahili ərzisində dənizdə boğularaq öldüyü qeyd olub.
Xatırladaq ki, NİDA-çı Bayram Məmmədov 2016-cı ildə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 2019-cu ildə Əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top