Hindistanda göyərtəsində 14 nəfərin olduğu Mi-17 qəzaya uğradı - FOTOLAR


Hindistanda içində qərargah rəisinin də olduğu helikopter qəzaya uğrayıb.
Yeniavaz.com
"İndia today"ə istinadla xəbər verir ki, Rusiya istehsalı olan sözügedən helikopter Mi-17 tiplidir və göyərtəsində 14 nəfər olub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə xilas edilib. Digər 7 nəfərin axtarışları davam etdirilir.
Xatırladaq ki, noyabrın 30-da da Azərbaycanda da DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramış, nəticədə 14 hərbi qulluqçumuz şəhid olmuş, 2-si isə yaralanmışdı.
Qeyd edək ki, Hindistanda 2010-cu il 19 noyabrda da Mi-17 qəzaya uğrayıb və nəticədə 12 nəfər heyət üzvündən heç kim sağ qalmayıb.

.

DİGƏR XƏBƏRLƏR

Top