Azyaşlıya təcavüz edən 38 yaşlı şəxsə hökm oxundu


Azyaşlıya təcavüzdə ittiham ediləb şəxs hakim qarşısına çıxarılıb.

Yeniavaz.com musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 38 yaşlı Elmar Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Məhkəmənin hökmü ilə Elmar Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Azyaşlıya qarşı bu hərəkətləri etməkdə ittiham olunan E.Kərimova ittiham olunduğu maddə ilə nəzərdə tutulan maksimum 15 il cəzadan bir il az cəza təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top