ABŞ ələ keçirdiyi İran neftini satdı


ABŞ Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilən İran neftini, ümumilikdə, 26,7 milyon dollara satıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Satılan neftin həcmi 1,1 milyon barel təşkil edib. Ədliyyə Nazirliyi dəniz əməliyyatlarının nə vaxt aparıldığını açıqlamayıb. Eyni zamanda departament neftin Venesuellaya gedən dörd tankerdən çıxarıldığını bildirib. Gəlir ABŞ-ın Terror Qurbanları Fonduna göndərilə bilər.
Qeyd edək ki, ötən il ərzində İran dəfələrlə ABŞ-ı gəmilərini qaçırmaqda ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top