Omikron ştamının FOTOSU


Honq Konq Universiteti koronavirusun Omikron ştamının elektron mikroskop görüntüsünü yayıb.
Yeniavaz.com
xəbər verir ki, tibb fakültəsinin alimləri, o cümlədən patoloji və virusologiya sahəsində mütəxəssislər SARS-CoV-2 variantına yoluxduqdan sonra meymun böyrək hüceyrəsinin (Vero E6) elektron mikroqrafiyasını çəkə biliblər.
Honq Konq Universitetinin Mikrobiologiya Departamentinin tədqiqatçıları klinik nümunələrdən Omikronu təcrid edə biliblər. Bu da yeni ştama qarşı peyvəndlərin hazırlanmasına və istehsalına imkan verəcək.
Qeyd edək ki, koronavirusun yeni Omikron ştamı bu ilin noyabrında ilk dəfə Cənubi Afrikada aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top