“Kommunikasiyaların açılması sərhədlərin delimitasiyası ilə əlaqəli deyil”


Regionda kommunikasiyaların mümkün blokunun açılması Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan“TASS”a müsahibəsində bildirib.
“Biz üç ölkə liderinin Soçi bəyanatını izləyirik. Buna əsasən, biz Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmağa razılaşdıq. Ermənistan və Azərbaycan həmçinin Rusiya Federasiyasının məsləhətçi köməyi ilə dövlət sərhədinin delimitasiyası və sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində iş aparmaq mövzusunda da razılaşıb. Lakin bu məsələ heç bir halda regionda mümkün nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı deyil”.
Ermənistan baş nazirinin müavini əlavə edib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat kommunikasiyalarının bloklanması üzrə ekspert alt qrupu yaradılıb. Bu qrup sərhədlərin açılması zamanı daşımaların təmin edilməsi məsələlərinin öyrənilməsi ilə məşğuldur.
Qriqoryan bildirib ki, bu məsələlərin son tənzimləməsinə dair müzakirələr hələ aparılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top