Azərbaycan, İran və Gürcüstan arasında tranzit marşrut yaradılır


Azərbaycan, İran və Gürcüstan üç ölkə arasında tranzit marşrutun işə salınması və İran körfəzini Qara dənizə birləşdirmək barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Avtomobil Yolları Təşkilatının Tranzit və Beynəlxalq Nəqliyyat İdarəsinin baş direktoru məlumat verib:
“Əlbəttə, bu plan son səkkiz il ərzində təklif olunub, lakin bu sazişdə bir çox ölkələrin iştirak etdiyini nəzərə alsaq, bu günə qədər o, həyata keçirilməyib və tərəflər heç vaxt konsensus əldə etməyiblər”.
Baş direktor bildirib ki, Azərbaycan və Gürcüstanın nəqliyyat rəsmiləri ilə əldə edilən razılaşmaya əsasən, bu marşrutun keçidinin sınaqdan keçirilməsi qərara alındı. Hər ölkədən ən azı bir donanma İranda yüklənəcək və İranın ixrac mallarını Azərbaycana çatdıracaq. İranın Astara şəhərindən Azərbaycana gətirilən mallar Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstan və ya digər Şərqi Avropa ölkələrinə göndəriləcək.
“Bizim səyimiz ilin sonuna qədər bu layihənin pilot mərhələsini həyata keçirməkdir və ondan əldə edilən nəticələr əsasında lazımi patologiyalar aparıb və nəhayət, yekun üçtərəfli görüşdə üç ölkə arasında mexanizm yaradılmasıdır. Bu tranzit marşrutun Türkiyə və Rusiyanın hazırda aktiv olan ticarət yolları üçün uyğun alternativ olacağına ümid edirik”.

DİGƏR XƏBƏRLƏR

Top