Polis şəhidin anım günü tədbirinin çəkilişinə mane olub? - AÇIQLAMA


Şəmkir rayonu, Seyfəli kəndində şəhid Təbriz Namazovun anım günü polislərin tədbirin çəkilişinə mane törətməsi ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, iddiaya əsasən, şəhid ailəsinin istəyi əsasında Şəhidlər xiyabanında anım gününü çəkmək üçün dron gətirilib. Polis dronla çəkiliş aparan şəxsi xidməti avtomobilinə mindirərək bölməyə aparıb. Bu da şəhid ailələrinin, Seyfəli kənd sakinlərinin etirazına səbəb olub.
Məsələ barədə DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, ərazidə hərbi-strateji obyektlər olduğu üçün, havadan rəqəmsal (dron) çəkiliş aparmaq qadağandır:
“Çəkiliş məhz buna görə dayandırılaraq, şöbədə həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq, izah edilib”.

DİGƏR XƏBƏRLƏR

Top