“İnstagram”dan yeniyetmə istifadəçilərin təhlükəsizliyi üçün yeni addım


İnstaqram yeniyetmə istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün yeni funksiyalar təqdim edib.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə
İnstaqramın rəhbəri Adam Mosseri məlumat verib:
"İnstagram-da biz uzun müddətdir ki, gənclərin proqramdan istifadə edərkən təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Bu işin bir hissəsi olaraq, bu gün biz gənclərin Instagram-da daha təhlükəsiz olmasına kömək edəcək bəzi yeni alətlər və funksiyaları təqdim edirik. Onlardan bəzilərinin gələn il istifadəyə verilməsi planlaşdırılır”.
Verilən məlumata görə, valideynlər yeniyetmələrin tətbiqdə nə qədər vaxt keçirdiklərini görə və vaxt məhdudiyyətləri təyin edə biləcəklər. Bundan əlavə, şirkət ABŞ , Böyük Britaniya , İrlandiya , Kanada , Yeni Zelandiya və Avstraliyada “Take A Break” (Fasilə ver) funksiyasını işə salır. Bu funksiya istifadəçilərə  instaqrama fasilə verməli olduqlarına dair bildiriş göndərir.
Bununla yanaşı, şirkət istifadəçilərə onları izləməyən yeniyetmələri etiketləməyi və ya qeyd etməyi qadağan edəcək.

 

DİGƏR XƏBƏRLƏR

Top