Almaniyada poliqonda 2 hərbi texnika toqquşdu, ölənlər var


Almaniyanın Aşağı Saksoniya federal əyalətində yerləşən “Bergen” hərbi poliqonunda təlim zamanı 2 hərbi texnikan toqquşub.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, hadisə əticəsində iki nəfər ölüb. Qəzanın təfərrüatlarınin hələlik dəqiqləşdirilmədiyi bildirilir. 
Qeyd edək ki, “Bergen” hərbi poliqonu Almaniyanın şimalında, cənub hissəsində yerləşir. 24 min 900 hektar əraziyə malikdir və Avropanın ən böyük hərbi poliqonlarından biridir.

 

DİGƏR XƏBƏRLƏR

Top