İngiltərə şahzadəsinin işlə bağlı dediyi bu sözlər sərt tənqid edildi


İngiltərə şahzadəsi Harri insanın işini tərk etməyinin onun psixi sağlamlığına müsbət təsir etdiyini bildirib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, şahzadənin bu fikri sosial şəbəkələrdə tənqid edilib. Sosial media istifadəçilərinin fikrinə görə, Harrinin fikrinə əməl etmək maaşdan maaşa yaşayan biri üçün olduqca çətindir. Buna səbəb isə bir çox insanın məqsədinin ailəsini dolandırmaq üçün işləməsidir.
Qeyd edək ki, ötən il İngiltərə kraliçası II Elizabetin nəvəsi, şahzadə Harri krallıqdan ayrılaraq öz titul və vəzifələrindən imtina etmişdi.  
 

DİGƏR XƏBƏRLƏR

Top