İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artdı


İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 27-yə çatıb, 20-dən çox insan isə hələ də itkin hesab olunur.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Şərqi Yava Əyalətinin Fəlakətlərə Yardım Agentliyinin departamentinin verdiyi məlumata görə, 69 nəfər ağır, 100-ə yaxın insan isə yüngül xəsarət alıb. Bundan əlavə, xilasedicilər 20-dən çox yerli sakinin itkin düşdüyünü bildiriblər.
Qeyd edək ki, Semeru vulkanı İndoneziyadakı 130-a yaxın aktiv vulkan arasındadır.



 

DİGƏR XƏBƏRLƏR

Top