AKP rəsmisi Ermənistan hökumətinə çağırış edib


“Ermənistanın erməni lobbisinin göstərdiyi istiqamətdə deyil, Ermənistanda yaşayan erməni xalqının mənafelərinə uyğun addımlar atması üçün Qafqazda sülhə dəstək verməsini ümid edirik”.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azəbaycanın müharibədə qalib gəlməsindən sonra yeni bir dövr başlayıb:
“Bu dövrün növbəti prinsipi Qafqazda sülh və əmin-amanlığın təmin edilməsi, Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın bu regionun altı ölkəsi olaraq öz problemlərini birlikdə həll etmək iradəsini ortaya qoyması, Qafqazda yeni sülh dövrünün başlanması üçün mühüm addımdır”. 

DİGƏR XƏBƏRLƏR

Top