Mingəçevirdə şəhid atası işlə təmin olundu – FOTOLAR


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə 44 günlük vətən müharibəsində şəhid olan 52 şəhidin ailələri Mingəçevirdə ziyarət olunub.
Yeniavaz.com
xəbər verir ki, Bu gün iki şəhid qardaşların Həsənov Tural və Musanın və şəhid Osmanov Ərzumanın valideyinləri ziyarət olunub. Ziyarət öncəsi, şəhər rəhbəri şəhidlərimizin xatirə lövhələrinə baxış keçirib və onların qarşısında ehtiramla baş əyib.
 İcra hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri ilə görüş zamanı bildirib ki, Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda Ali baş komandanın dəmir yumruğu ətrafında birləşərək canlarını fəda edən igidlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq:
”Ənənəmizə sadiq olaraq şəhərimizdə 52 şəhidin valideyinlərini onların öz mənzillərində ziyarət etdik. Çalışdıq ki, az da olsa sizlərin dərdinizə şərik olaq. Ağrınızla, acınızla yanınızda olmağa çalışdıq. Sizləri narahat edən problemlərlə bağlı həlli mümkün olan məsələlərə birlikdə nail olmağa çalışdıq. Bundan sonra da sizlərin yanında olacağıq. Dövlətimiz və xalqımız hər zaman onların müqəddəs xatirəsini yad edəcək”.
Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söz açan İlham İsmayılov, əlavə olaraq bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək.
Bu dəfəki görüşdə şəhid Osmanov Arzumanın atası Kamran Osmanov işsiz olduğunu bildirib. O, şəkər xəstəsi olduğundan yalnız yüngül işdə işləyə biləcəyini qeyd edib. Dərhal aidiyyəti qurumlardan bir neçəsi ilə əlaqə saxlayan icra başçısı şəhid atasını bağçada gözətçi işi ilə təmin edib.
Sonda şəhid ailələrinin üzvləri göstərilən diqqətdən məmnun olduqlarını dilə gətirməklə yanaşı, buna görə dövlət başçısı prezident İlham Əliyevə təşəkkür ediblər.
Qeyd edək ki, bu gün şəhid ailələrinin ziyarəti başa çatıb. Həmin ziyarət zamanı hər bir şəhid ailəsinə ərzaq sovqatı da təqdim edilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top