Gürcüstanda nazirlik Saakaşviliyə görə cərimələndi


Gürcüstanın Ədliyyə Nazirliyi keçmiş prezident Mixail Saakaşvilinin Rustavi şəhərindəki həbsxanada yemək yediyini, habelə onun həbsxana xəstəxanasına çatdırılmasını əks etdirən kadrları dərc edərək “Şəxsi məlumatların mühafizəsi haqqında” qanunu pozub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, Dövlət müfəttişinin qərarı ilə hüquqpozmanın bir neçə epizoduna görə Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunub ki, cərimənin miqdarı 2,5 min lari (təxminən 810 ABŞ dollar, 1368 AZN) təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top