Parlamentlərarası İttifaqın (Inter-Parliamentary Union) 2021-ci il hesabatına əsasən, dünyada parlamentlərdə qadınların iştirak nisbəti 25,5 faiz təşkil edir.
Yeniavaz.com xəbər verir ki, sözügedən siyahıda Azərbaycan 193 ölkə arasında 125-ci yerdədir. Verilən məlumata görə, Azərbaycan Respublikasının parlamentində ümumi 121 üzvdən 22-i qadındır.
Hesabatda ilk üçlüyü Ruanda, Kuba və Birləşmiş Ərəb Əmirlikləri ölkələri tutur. Belə ki, Ruandada parlamentin 106 üzvündən 59-u, Kubada 586 üzvdən 313-ü, Birləşmiş Ərəb Əmirliklərində isə 40 üzvdən 20-i qadındır.
Son üçlüyü isə Eritre, Haiti və Sudan bölüşür. Hesabatda Eritrenin parlamenti ilə bağlı heç bir məlumatın olmadığı qeyd olunub. Haiti də heç bir qadın üzv yoxdur. Sudanda isə 1 dekabr 2021-ci ildən etibarən parlamentin olmadığı bildirilib.
Sözügedən hesabatda Ermənistan 98, Gürcüstan 113, Türkiyə 130, Rusiya 138, İran isə 181-ci sıradadır. Belə ki, Ermənistan parlamentində 132 üzvdən 30-u, Gürcüstanda 150 üzvdən 31-i, Türkiyədə 600 üzvdən 104-ü, Rusiyada 450 üzvdən 71-i, İranda isə 286 üvdən 16-sı qadındır.
Ölkələrin ümumi siyahısına buradan keçid edə bilərsiniz.